“Qətər yığmasının son oyununu izləsək də, komanda haqda geniş məlumatımız yoxdur. Lüksemburq komandasına qarşı keçirdiyi oyuna əsasən deyə bilərəm ki, fiziki cəhətdən güclü komandadır. Xüsusilə, irəli xətdə yer alan hücumçuları qeyd edə bilərəm".
Sportal.az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Canni De Byazi Qətərlə yoldaşlıq oyunu öncəsi keçirilən mətbuat konfransında deyib:
"Serbiya ilə oyun öncəsi bizim üçün vacib test olacaq. Portuqaliya qarşılaşmasından sonra bu oyun komandamızın inkişaf etməsinə daha çox kömək edəcək. Portuqaliya ilə oyundan öncə futbolçulara qələbə qazanmaq istədiyimi bildirim. Bununla belə, ilk hissə ilə müqayisədə, ikinci hissədə meydanda tam fərqli oyun nümayiş etdirməyi bacardıq. Sabahkı oyunda bəzi digər oyunçulara şans verə bilərəm. 30 nəfərlik geniş heyətə malikik və bütün oyunçular tam hazırdır”.
Martın 27-də Macarıstanın Debretsen şəhərindəki “Nadyerdei” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
saytlarin hazirlanmasi