Avropa Liqasında yarımfinalçılar məlum oldu

09:09 - 16 Aprel 2021

Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulub. Bütün cavab matçları eyni gündə keçirilib.

 

Sportal.az xəbər verir ki, ilk matçda "Slaviya" ilə heç-heçə edən "Arsenal" səfərdə böyük heablı qələbə ilə mərhələ adlayıb.

 

İngiltərənin digər təmsilçisi "Mançester Yunayted" səfərdə olduğu kimi öz meydanında da "Qranada"nı 2 cavabsız qolla məğlub edib.

 

"Vilyarreal" Zaqreb "Dinamo"sundan güclü olub. Evdə "Ayaks"la heç-heçə edən "Roma" isə səfər qələbəsi hesabında yarımfinala yüksəlib.

 

Yarımfinalda "Roma" "Mançester Yunayted"lə, "Arsenal" "Vilyarreal"la qarşılaşacaq. İlk oyunlar aprelin 29-da, cavab görüşləri mayın 6-da keçiriləcək.

 

Avropa Liqası
1/4 final (cavab oyunları)

"Slaviya" (Praqa, Çexiya) - "Arsenal" (İngiltərə) - 0:4
Qollar:
Pepe, 18, Lyakazette, 21, 77, Saka, 24
İlk oyun - 1:1

 

"Mançester Yunayted" (İngiltərə) - "Qranada" (İspaniya) - 2:0
Qollar:
Kavani, 6, Valyexo, 90 (öz qapısına.)
İlk oyun - 2:0

 

"Vilyarreal" (İspaniya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 2:1
Qollar
: Alkaser, 36, Moreno, 43 - Orşiç, 74
İlk oyun - 1:0

 

"Roma" (İtaliya) - "Ayaks" (Niderland) - 1:1
Qollar:
Dzeko, 72 - Brobbi, 49
İlk oyun - 2:1.

Xəbər xətti