"Vilyarreal"ın baş məşqçisi Unay Emeri Avropa Liqasında yeni rekorda nail olub.
Sportal.az xəbər verir ki, 1/4 finalda Zaqreb "Dinamo"sunu mübarizədən kənarlaşdıran "sarı sualtı qayıq" (1:0, 2:1) yarımfinala adlayıb.
Bununla da ispaniyalı çalışdırıcı karyerasında 6-cı dəfə turnirin yarımfinalına yüksəlib. O, bunu bacaran ilk baş məşqçi olub.
Emeri 2012-ci ildə "Valensiya", 2014, 2015 və 2016-cı illərdə "Sevilya", 2019-cu ildə "Arsenal"la final uğrunda mübarizə aparıb. O, "Sevilya" ilə 3 dəfə turnirin qalibi olub.
saytlarin hazirlanmasi