Avropa Liqasının yarımfinal mərhələsinə start verilib.
Sportal.az xəbər verir ki, İtaliyanın avrokuboklardakı yeganə təmsilçisi “Roma” İngiltərədə “Mançester Yunayted”lə qarşılaşıb. Görüş meydan sahiblərinin 6:2 hesablı qələbəsi ilə yekunlaşıb.
İngiltərənin digər klubu “Arsenal” isə İspaniyada “Vilyarreal”la üz-üzə gəlib və 1:2 hesabı ilə uduzub.
Yarımfinalın cavab oyunları mayın 6-da olacaq.
23:00. "Mançester Yunayted" (İngiltərə) - "Roma" (İtaliya) - 6:2
Qollar: Bruno Fernandeş, 9, 71 (pen.), Edinson Kavani, 48, 64, Pol Poqba, 75, Meyson Qrinvud, 86 - Lorenso Pelleqrini, 15 (pen.), Edin Ceko, 34
23:00. "Vilyarreal" (İspaniya) - "Arsenal" (İngiltərə)
Qollar: Manuel Triqueros, 5, Raul Albiol, 29 - Nikolya Pepe, 73.
saytlarin hazirlanmasi