Benites Rişarlisonun transfer iddialarına nöqtə qoydu

21:43 - 29 Avqust 2021

"Everton"un baş məşqçisi Rafael Benites adı PSJ ilə hallanan komandanın hücumçusu Rişarlison barədə açıqlama verib.

 

Sportal.az xəbər verir ki, ispaniyalı mütəxəssis braziliyalı futbolçunun komandada qalacağını deyib:

 

"Rişarlison 99,99 faiz komandada qalacaq. Mən onu heyətdə görməkdən çox məmnunam. O da komandada qalmaqdan xoşbəxtdir. Rişarlison qol vurmaq və qələbələr qazanmaq istəyir".

 

24 yaşlı futbolçu yeni mövsüm Premyer Liqada keçirdiyi 3 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə edib.

Xəbər xətti