"Qarabağ"ın ev oyunlarını keçirəcəyi stadion müəyyənləşdi

14:17 - 30 Avqust 2021

"Qarabağ"ın Avropa Konfrans Liqasının qrup mərhələsində ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi təsnifat mərhələsində olduğu kimi qrup oyunlarını da Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək. Artıq mərkəzi arena UEFA-ya sifariş verilib.

 

Qeyd edək ki, "Qarabağ" Konfrans Liqasının qrup mərhələsində "Bazel", "Kayrat" və "Omoniya" ilə mübarizə aparacaq.

Xəbər xətti