“Qəbələ” APOEL-in futbolçusu Omar Hani ilə razılıq əldə edib.
Sportal.az saytının məlumatına görə, iordaniyalı futbolçu 1-2 ərzində ölkəmizə gələrək “Qəbələ” ilə rəsmi müqavilə imzalayacaq.
Ölkəsinin "Əl-Faysali" klubunun yetirməsi olan yarımmüdafiəçi 2 il əvvəl APOEL-ə keçib. Ötən mövsümü "Olimpiakos"da (Nikosiya) icarə əsasında keçirən futbolçu "Qəbələ"yə icarə əsasında deyil, azad agent statusu ilə keçəcək.