"Yuventus" Ronaldonu hansı qiymətə satdığını açıqladı

12:30 - 31 Avqust 2021

Kriştiano Ronaldonu "Mançester Yunayted"ə satan "Yuventus" alacağı təzminat məbləğini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, Turin təmsilçisi portuqaliyalı futbolçu üçün 15 milyon avro təziminat alacağını rəsmi saytında qeyd edib. Daha 8 milyon avro isə futbolçunun və klubun uğurlarına əsasən ödəniləcək.

 

"Qoca sinyora" bu məbləği 5 il ərzində alacağını vurğulayıb.

Xəbər xətti