Türkiyə klubunun futbolçusu: "Azərbaycan millisindən dəvət olarsa, gəlib oynayacam"

12:59 - 31 Avqust 2021

“Mövsümə çox yaxşı başlamışıq. Həm fərdi olaraq, həm də kollektiv şəkildə yaxşı çıxış ediri. 3 oyundan sonra 9 xalımız var və hamımız xoşbəxtik. Hədəfimiz Superliqaya yüksəlməkdi”.

Bu sözləri Sportal.az saytına Timur Temeltaş deyib.

Azərbaycanın U-21 yığmasının sabiq üzvü, hazırda isə Türkiyə 1-ci liqasında çıxış edən “Eyüpspor”un formasını geyinən Temeltaş komandasının bu mövsümkü çıxışından danışıb. Temeltaş 2-ci turda Vüsal İsgəndərlinin formasını geyindiyi “Keçiörəngücü”yə(2:1) qarşı, 3-cü turda isə Namiq Ələsgərovun oynadığı “Bursaspor”a (2:0 )qarşı oynayıb. Yığmamızın sabiq üzvü meydanda rəqib olduğu həm Vüsal, həm də Namiq barədə danışıb:

“Türkiyə 1-ci liqasında azərbaycanlı oyunçuların oynadığından xəbərdaram. “Keçiörəngücü”ndən Vüsal İsgəndərliyə qarşı oynadım. Vüsalı bəyəndim, bizə qarşı çox yaxşı futbol oynadı. Hətta bu həftə qol da vurub. Allah qoysa, bu cür də davam edər, ona uğurlar arzu edirəm. Digər futbolçunuza da uğurlar diləyirəm. Azərbaycanda istedadlı oyunçular var. Onların da Türkiyədə oynaması sevindiricidi”.

1996-cı il təvəllüdlü futbolçu “Eyüpspor”da bu cür oynamağa davam edəcəyi təqdirdə Azərbaycan millisinə cəlb oluna biləcəyini düşünür. O, özü ilə yanaşı yığmamızın digər keçmiş oyunçusu Taşkın İltərin də Azərbaycan millisinə dəvət edilmək şanslarını dəyərləndirib: “Həm mən, həm də Taşkın mövsümə yaxşı başlamışıq. Bu cür davam edərsək, Azərbaycan millisindən təklif gələcəyini düşünürəm. Azərbaycan millisindən dəvət olarsa, gəlib oynayacam. Milliyə kömək edə bilərəm”.

Timurun komandası hazırda 3 turdan sonra maksimum xallaTürkiyə 1-ci divizionunda "Ümraniyəspor"la yanaşı 1-2-ci yerləri bölüşür.

Xəbər xətti