"Keşlə" baxışa futbolçu dəvət edib.
Sportal.az saytının məlumatına görə, paytaxt təmsilçisi Diamant Ramazanini sınaqdan keçirib. Burundi yığmasının futbolçusu məşqçilər korpusunun etimadını qazana bilməyib. Ona görə də 22 yaşlı futbolçu geri göndərilib.
Xatırladaq ki, Ramazani Belçikada dünyaya gəlsə də, Burundi yığmasının üzvüdü.