Kapitan daha 4 il "Liverpul"da

14:04 - 31 Avqust 2021

İngiltərənin "Liverpul" klubunda yeni müqavilə qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi kapitanı Cordan Hendersonla "nikah təzələyib". Yeni sözləşməyə əsasən İngiltərə millisinin üzvü 2025-ci ilin yayına kimi "qırmızılar"ın şərəfini qoruyacaq.

 

Qeyd edək ki, Cordan Henderson "Liverpul"a 2011-ci ildə "Sanderlend"dən transfer olub. 31 yaşlı yarımmüdafiəçi ötən mövsüm Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 28 oyunda 1 qol, 1 asistlə yadda qalıb.

Xəbər xətti