Çexiyadakı legionerimiz: "Ötən mövsüm az oynayırdım, yeni mövsüm baş məşqçimiz mənə daim şans verir"

15:59 - 31 Avqust 2021

“Vlasim”lə oyunda komandamız uduzdu. Məğlubiyyətə səbəb nə oldu? Heç nə, rəqib bizdən daha yaxşı oynadı və buna görə də qalib gəldi”.

Bu sözləri Sportal.az saytına açıqlamasında “Viktoriya Jijkov”da çıxış edən Fərid Nəbiyev deyib.

Karyerasını Çexiyada, 1-ci divizion klubunda davam etdirən Nəbiyev bu mövsümki çıxışından danışıb. Nəbiyev, baş məşqçinin ona güvənməsindən söz açıb:

"Bu mövsüm daha çox oynamağa başlamışam və oynadıqca da formada olursan, daha yaxşı forma yığırsan. Bu mövsüm 2 qol vurmuşam və ümid edirəm ki, daha çox qol vurub, komandama kömək edəcəm. Ötən mövsüm əsas heyətdə az-az oynayırdım. Ancaq yeni mövsüm başlayandan baş məşqçimiz mənə güvənib daima şans verir. Təbii ki, mən də onun etimadını doğrultmağa, meydandakı çıxışımla qarşılıq vermək istəyirəm".

"İlk turlardakı performansından sonra, Çexiyada diqqətləri öz üzərinə çəkə bilmisən?" sualına isə Fəridin cavabı belə olub: "Hər şey qaydasındadı. Bundan da yaxşı olacağına inanıram. Allah qoysa, istədiyim uğuru əldə edəcəm. Öz oyunumu daha da yaxşılaşdırıb, gələcəyə baxmalıyam".

Xəbər xətti