"Qəbələ"nin rəqibi Niderland klubu oldu

16:41 - 31 Avqust 2021

UEFA Gənclər Liqasında 2021/22 mövsümünün Çempionlar yolunun püşkatması keçirilib.

 

Sportal.az xəbər verir ki, tədbirdə ilk iki mərhələnin cütləri bəlli olub. AFFA-nın təşkil etdiyi “Gənclər kuboku”nun qalibi olan “Qəbələ”nin rəqibi də müəyyənləşib. 19 yaşadək futbolçulardan ibarət komanda bu mərhələdə Niderlandın “Alkmaar” klubu ilə qarşılaşacaq. Bu mərhələnin görüşləri sentyabrın 29-da və oktyabrın 20-də keçiriləcək. “Qırmızı-qaralar” ilk matça evdə çıxacaq.

 

Bu cütün qalibinin ikinci mərhələdəki rəqibi də bəlli olub. Təmsilçimiz mərhələ adlasa, “Şikszereda” (Rumıniya) – “Anje” (Fransa) cütünün qalibi ilə üz-üzə gələcək. “Alkmaar” – “Qəbələ” cütünün qalibi noyabrın 3-də və 24-də baş tutacaq mərhələnin ilk matçımı səfərdə keçiriləcək.

Xəbər xətti