Şahruddin Məhəmmədəliyev: "Həm fiziki, həm də psixoloji olaraq yaxşı vəziyyətdəyik"

22:05 - 31 Avqust 2021

Milli komandamız DÇ-2020-nin seçmə mərhələsi çərçəvəsində sabah Lüksemburqun qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, yığmamızın qapıçısı Şahruddin Məhəmmədəliyev oyundan öncə keçirilən mətbuat konfrasındasualları cavablandırıb. O, komandanın yaxşı vəziyyətdə olduğunu deyib:

 

 “Həm fiziki, həm də psixoloji olaraq yaxşı vəziyyətdəyik. Sabahkı oyunda uğurlu nəticə əldə etməyə çalışacağıq. Rəqibin də gücünü qiymətləndirmək lazımdır. Güclü heyətə malik komandadır. Bir neçə ildir birlikdə çıxış edirlər. Hücum xəttində Rodroqes, Sinani kimi güclü futbolçuları var. Oturuşmuş heyətə malikdirlər. Sanki milli komanda yox, klub futbolu nümayiş etdirirlər”.

Xəbər xətti