Demək olar ki, bütün futbol ictimaiyyətinin diqqəti milli komandamızın qarşıdakı oyunlarına yönəlib. Sentyabrın 1-də Lüksemburq, 4-də İrlandiya, 7-də isə Portuqaliya ilə oynamalıdır yığmamız. Həqiqətən də 7 günə 3 oyun çətin təqvimdi millimiz üçün. Özü də üç oyundan ikisi səfərdə olmaq şərti ilə.
Millinin təqvimini incələyərkən bu durumun ən çox “Qarabağ”a təsir edəcəyini görürük. Milli komandada 9 futbolçuyla təmsil olunan Ağdam klubunun ən azı 5-6 oyunçusu yığmanın start heyətində yer alanlardır.
Millidə 7 günə 3 oyun keçirəndən cəmi 5 gün sonra “Qarabağ” Premyer Liqada “Neftçi” ilə üz-üzə gəlməlidir. Həmin oyundan cəmi 4 gün sonra isə Konfrans Liqasında “Bazel”lə qarşılaşmalıdır.
01.09.2021 Lüksemburq – Azərbaycan
04.09.2021 İrlandiya - Azərbaycan
07.09.2021 Azərbaycan – Portuqaliya
12.09.2021 “Neftçi” – “Qarabağ”
16.09.2021 “Qarabağ” – “Bazel”
Milli komandamıza cəlb olunan 9 nəfərdən başqa Musa Qurbanlı ölkəmizin U-21, Marko Veşoviç Monteneqro, Patrik Andrade isə Kabo Verde millisinə çağrılıb. Bədavi Hüseynov, Elvin Cəfərquliyev kimi futbolçuların zədəli olmağını da nəzərə alsaq, "Qarabağ" “Neftçi” ilə oyuna cəmi 5-6 futbolçu ilə hazırlaşmaq məcburiyyətindədir. Digər tərəfdən millidə bir-birindən çətin matçlar keçirən futbolçuların klubun düşərgəsinə yorğun qayıdacaqlarından Qurban Qurbanovu qarşıdakı “Neftçi” və “Bazel”lə oyunlarda gözləyən çətinliyin miqyasını təxmin etmək olar.
saytlarin hazirlanmasi