Lüksemburq yığmasının futbolçusu: "Azərbaycan millisi keyfiyyətli komandadı" - MÜSAHİBƏ

13:12 - 1 Sentyabr 2021

Lüksemburq milli komandasının futbolçusu Olivye Till Sportal.az saytına müsahibə verib. 24 yaşlı futbolçu DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində bu gün oynayacaqları Azərbaycanla oyunu haqda danışıb.

- Bu gün Azərbaycanla qarşılaşacaqsınız. Oyunqabağı sizi narahat edən nəsə var?
- Oyuna yaxşı hazırlaşmışıq. İtkilər var. Amma biz ümumilikdə oyuna yaxşı hazıraşmışıq və nə istədiyimizi bilirik

- Oyun barədə fikrin necədi? Səncə, necə oyun alınacaq?
- Təbii ki, maraqlı oyun alınacağını düşünürəm. Çünki həm biz, həm Azərbaycan yaxşı nəticə üçün oynayacaq. Maraqlı olacaq.

- Matçın favoriti hansı komandadı? Azərbaycan qalib gələrsə, şəxsən sənin üçün sürpriz olacaq?
- Azərbaycan millisi yaxşı komandadı. Necə olacağını isə, biz bu gün görəcəyik. Oyunöncəsi çox danışmaq doğru olmazdı. 

- Azərbaycan və Lüksemburq milliləri son olaraq Millətlər Liqasının qrup mərhələsinin oyunlarında üz-üzə gəlmişdi. Həmin oyunları xatırlayırsan?
- Əlbəttə, xatırlayıram. Doğrudu, Lüksemburqdakı matçda oynamamışdım. Bakıdakı görüşdə meydana çıxmışdım. Orada qalib gəlmişdik. Yaxşı oyun alınmışdı.

- Azərbaycan millisindən tanıdığın və təhlükəli hesab etdiyin futbolçu var?
- Bu barədə bilgim yoxdu. Amma ümumi olaraq desəm, Azərbaycan millisinin keyfiyyətli komanda olduğunu düşünürəm.

Xəbər xətti