"O vaxt Lüksemburqu udmaq daha asan idi, onlara 3 xal gözü ilə baxırdıq"

14:51 - 1 Sentyabr 2021

"Millimizə uğurlar arzu edirəm. Vətənə xal və ya xallarla qayıdarlar. Ümid edirəm ki, bu gün millimiz Lüksemburq üzərində qələbə qazanacaq".

Bu sözləri Sportal.az saytına açıqlamasında Azərbaycan milli komandasının sabiq üzvü Elvin Məmmədov deyib.

Vaxtilə yığmamızda aparıcı oyunçulardan olan Məmmədov DÇ-2014-üç seçmə mərhələsi çərçivəsində Lüksemburqa(1:1, 0:0) qarşı keçirilən oyunlar iştirak edib. Təcrübəli futbolçu həmin oyunları xatırlayaraq bu gün yığmamızın qələbə şanslarını dəyərləndirib. Bununla yanaşı ölkə xaricində çıxış edən legionerlərimiz haqda fikirlərini söyləyib:

"Lüksemburqa qarşı oyunları xatırlayıram. Yoxlama oyununda onlara qol da vurmuşdum. Ona görə də yaxşı xatırlayıram matçı. O vaxtı Lüksemburqu udmaq daha asan idi. Çünki həmin vaxtlarda Lüksemburq, Lixtenşteyn bizdən zəif komandalar idi. Biz onlara 3 xal gözü ilə baxırdıq. İndi isə əksinədi. Lüksemburq millisinin üzvləri legioner həyatı yaşayır deyə, bu da millinin çıxışına təsir edir. Ancaq istənilən halda, inanıram ki, millimiz Lüksemburqla matçda nəticə qazanacaq. Çünki millidə olan futbolçuların hamısı formadadı. Dəvət olunanlar futbolçular yaxşı formada olduğuna görə, indiki millid ümidvericidi. Layiqli nəticə qazanacaqlar. Yığmamızın həm orta, həm də hücum xətti daha yaxşıdı.

Mahir Emreli çox yaxşı formadadı. Polşada layiqincə bizi təmsil edir. Rüstəm Əhmədzadə, Anton Krivotsyuk, Namiq Ələsgərovun özünə də uğurlar arzu edirəm. Allah qoysa, bundan da çox futbolçumuz legioner həyatı yaşayar və milimizə daha çox xeyir verər".

Bu gün Azərbaycan millisində daha bir futbolu debüt edə bilər. Belə ki, "Qarabağ"ın xorvatəsilli futbolçusu Filip Ozobiç millinin heyətində meydana çıxa bilər. Elvin, Ozobiçin milli komandamıza xeyir verəcəyinə inandığnı dilə gətirib: "Filip Ozobiçin bu gün millidə ilk oyunu ola bilər. O, "Qarabağ"dakı oyununu göstərərsə, milliyə həm layiqli, həm də kömək edən futbolçu olacaq".

Xəbər xətti