Hakimi təhqir edən futbolçunun cəzası qüvvədə qaldı

16:02 - 1 Sentyabr 2021

Hakimi təhqir edən "Keşlə"nin futbolçusu Şəhriyar Əliyevin 4 oyunluq cəzalanması ilə bağlı şikayəti qəbul olunmayıb.

 

Sportal.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb. Apellyasiya Arbitraj Tribunalı aşağıdakı qərarları qəbul edib:


1. “Keşlə” Futbol Klubu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin.

2. AFFA İntizam Komitəsinin 26.08.2021-ci il tarixində “Keşlə” Futbol Klubu və klubun oyunçusu Şəhriyar Əliyev barədə verdiyi qərar qüvvədə saxlanılsın.

3. Qərarın tam forması 30 (otuz) gün ərzində hazırlanaraq tərəflərə göndərilsin.

 

Qeyd edək ki, Şəhriyar Əliyev "Qəbələ" - "Keşlə" matçının (2:1) 90+5-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırılmışdı.

Xəbər xətti