"Qarabağ" yoxlama oyunu keçirəcək

17:13 - 1 Sentyabr 2021

Milli komandaların oyunları ilə əlaqədar çempionatdan yaranmış fasilədən yararlanan "Qarabağ" yoxlama oyununda qüvvəsinə sınayacaq.

 

Sportal.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv "Zirə" ilə qarşılaşacaq. Sentyabrın 4-ü "Azersun Arena"da keçiriləcək görüş saat 18:00-da başlayacaq.

 

Qeyd eək ki, "Qarabağ" Premyer Liqada 2 turdan sonra topladığı 4 xalla 2-ci pillədədi.

Xəbər xətti