"Qarabağ"ın futbolçusu millidə 90 dəqiqə oynadı

23:02 - 1 Sentyabr 2021

"Qarabağ"ın futbolçusu Patrik Andrade Kabo-Verde millisinin heyətində növbəti oyununu keçirib.

Sportal.az xəbər verir ki, DÇ-2022-nin seçmə mərhələsində Mərkəzi Afrika Respublikasına (CAR) qarşı səfər matçında iştirak edib. Görüş 1:1 hesabı ilə başa çatıb. 28 yaşlı yarımmüdafiəçi 90 dəqiqə meydanda olub.

Kabo-Verde yığması növbəti oyununu sentyabrın 7-i Nigeriyaya qarşı keçirəcək.

Xəbər xətti