“Qarabağ”da forma geyinmiş legionerlərdən biri də Danilo Diasdi. Futbolsevələr onu daha çox 2014/2015 mövsümünün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Zalsburq”la(2:1) Bakıda keçirilən oyunda vurduğu qolla xatırlayır. Sportal.az saytına müsahibə verən braziliyalı Ağdam klubundan ayrılsa da, daima onların matçını izlədiyini söyləyib:
- Karyeranı başa vurmusan?
- Təəssüf ki, bəli, karyeramı başa vurdum. Allah hər şeyi daha yaxşı bilir.
- “Qarabağ”ın oyunlarına baxırsan heç, yoxsa daha maraqsızdı?
- Əlbəttə ki, baxıram. Demək olar ki, hər gün onları izləyirəm. Çünki orada uzun illər oynamasam belə, çox yaxşı xatirələrim var. “Qarabağ” xüsusi komandadı. Ötən mövsüm də çempionatın gedişini maraqla və yaxından izləyirdim. “Qarabağ”ın çempion olacağını gözləyirdim.
- Yəqin ki, daha çox xatırladığın “Zalsburq”a qarşı keçirilən matçdı?
- Bəli, demək olar. Həmin oyunu çox yaxşı xatırlayıram. Yaxşı da oynayıb, qalib gəlmişdik. Doğurdan, “Zalsburq”la matç unudulmazdı. Çox yaxşı azarkeş dəstəyimiz var idi. “Qarabağ” və Bakı ilə bağlı nə varsa, hamısını daima çox yaxşı xatırlayıram. Düzü, Azərbaycan üçün darıxıram. Çünki Azərbaycanı sevirəm.
- “Qarabağ” elə həmin mövsümdən bu yana, ardıcıl 8-ci ildir ki, avrokuboklarda qrup mərhələsində çıxış edir...
- Bu çox sevindirici haldı. Həmin ildə qruplara vəsiqə qazanmaq düşəli oldu. Şadam ki, komanda ardıcıl neçənci ildir qrupda oynayır.
- “Qarabağ” bu mövsüm Konfrans Liqasında mübarizə aparacaq. “Bazel”, “Kayrat” və “Omoniya” ilə eyni qrupda mübarizə aparacaq “Qarabağ” növbəti mərhələyə vəsiqə qazana bilər?
- Bilirəm, “Qarabağ”ın bu qrupda mübarizə aparacağından da xəbərdaram. Məncə, çox yaxşı qrupdu. Onsuzda indi Avropada zəif komanda yoxdu. “Qarabağ”ın bu qrupdan çıxmaq üçün yaxşı şansı var və bunu bacaracaqlarını düşünürəm.