Vaksindən imtina edən məşhur futbolçuda koronavirus aşkarlandı

17:10 - 2 Sentyabr 2021

"Arsenal"ın kapitanı Qranit Caka koronavirusa yoluxub.

 

Sportal.az xəbər verir ki, İsveçrə milli komandasının düşərgəsində olan 29 yaşlı yarımmüdafiəçinin COVİD-19 testi pozitiv çıxıb. Təcrübəli futbolçu karantinə alınıb.

 

Qeyd edək ki, Qranit Caka koronavirus əleyhinə vaksin vurdurmaqdan imtina etmişdi.

Xəbər xətti