Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də Bakıda Azərbaycana qarşı keçiriləcək oyunda iştirak edə bilməyəcək.
Sportal.az xəbər verir ki, o, İrlandiya ilə matçın son dəqiqələrində komandasına qələbə qazandıran qolu vurduqdan sonra formasını çıxardığına görə sarı vərəqə ilə cəzalandırmışdı.
Milli komandamızın sabiq futbolçusu Mahir Şükürov da Ronaldonun Bakıya gələ bilməməsilə bağlı şəxsi instaqram hesabında paylaşım edərək, DÇ-2014-ün seçmə mərhələsindəki Portuqaliya – Azərbaycan (3:0) görüşünü yada salıb.
Şükürov instaqram hesabında həmin oyundan Ronaldo ilə fotosunu paylaşaraq “insan onunla formanı bir dəfə dəyişər, ikinci sarı vərəqə aldın Bakıda oynamayacaqsan” yazıb.
Xatırladaq ki, DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan millisi Portuqaliyaya səfərdə 0:3, evdə 0:2 uduzmuşdu. 2013-cü ildə Bakıda məğlub olduğumuz matçda da Ronaldo paytaxtımıza gəlsə də, İsraillə matçda sarı vərəqə ilə cəzalandırıldığına görə meydana çıxmamışdı.
saytlarin hazirlanmasi