Kavani 7 nömrəni Ronaldoya verdi

13:40 - 3 Sentyabr 2021

“Mançester Yunayted”in yeni transferi Kriştiano Ronaldonun forma nömrəsi məlum olub.

 

Sportal.az xəbər verir ki, portuqaliyalı hücumçu 7 nömrəli formanı geyinəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Ronaldodan əvvəl 7 nömrənin sahibi Edinson Kavani idi. Uruqvaylı hücumçu bundan sonra 21 nömrəli formada çıxış edəcək.

 

36 yaşlı hücumçu bu jestinə görə Kavaniyə təşəkkür edib: "Mançester Yunayted"də 7 nömrəli formanı yenidən almağın mümkün olacağına əmin deyildim. Kavaniyə nömrəsini mənə verərək etdiyi bu inanılmaz jest üçün təşəkkür edirəm".

Xəbər xətti