14 yaşında etdiyi paylaşıma görə federasiyadan xəbərdarlıq aldı

16:56 - 4 Sentyabr 2021

İngiltərə Futbol Federasiyası "Midlzbro"nun müdafiəçisi Mark Bolaya xəbərdarlıq edib.

 

Sportal.az xəbər verir ki, buna 23 yaşlı futbolçunun 9 il əvvəl tvitter hesabında etdiyi irqçi və təcavüzçü paylaşım səbəb olub. Bola həmin tviti 2012-ci il aprelin 14-ü 14 yaşında paylaşıb.

 

Konqo əsilli futbolçu "Arsenal"ın yetirməsidir.

Xəbər xətti