19 yaşlı hücumçu ən yaxşı seçildi

15:46 - 4 Sentyabr 2021

İngiltərənin "Mançester Yunayted" klubunda avqust ayının ən yaxşı oyunçusu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, ötən ayın ən yaxşısı Meyson Qrinvud seçilib. 19 yaşlı hücumçu azarkeşlərin səsverməsi nəticəsində ən yaxşı olub.

 

Qeyd edək ki, Qrinvud avqust ayı ərzind İngiltərə Premyer Liqasında meydana çıxdığı 3 oyunda 3 qol vurub.

 

Xəbər xətti