"Qarabağ" "Zirə" ilə heç-heçə etdi

18:53 - 4 Sentyabr 2021

Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən "Qarabağ" yoxlama oyunu keçirib.

 

Sportal.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv "Zirə" ilə qarşılaşıb. "Azersun Arena"da baş tutan görüş 1:1 hesablı bərabərliklə başa çatıb.

 

Qarabağın heyətində Xayme Romero fərqlənib. "Zirə"nin qolunu isə Ağabala Ramazanov vurub.

Xəbər xətti