"Qəbələ" əvəzediciləri ilə qarşılaşdı

22:51 - 4 Sentyabr 2021

“Qəbələ” Premyer Liqanın III turunun hazırlığını davam etdirir.

 

Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə yoxlama görüşü keçirib. “Qırmızı-qaralar” I divizionda mövsümün startına hazırlaşan “Qəbələ-2” ilə üz-üzə gəlib. Elmar Baxşıyevin baş məşqçisi olduğu əsas komanda 4:0 hesabı ilə qalib gəlib.

 

“Qəbələ” və “Qəbələ-2” beş gün öncə də yoxlama görüşündə üz-üzə gəlib. Əsas komanda həmin qarşılaşmada 4:1 hesablı qələbə qazanıb.

Xəbər xətti