DÇ-2022-nin seçmə mərhələsində səfərdə İrlandiya ilə heç-heçə edən (1:1) Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi oyundan sonra mətbuat konfransında iştirak edib.
Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis nəticəni şərh edib:
“Qələbə qazanmağa təcrübə çatmadı. Oyuna yaxşı başlamadıq. İlk 10 dəqiqədən sonra tədricən toparlandıq. Oyunumuzda inkişaf görünür. Rəqib hesabda geridə olduğu üçün daha çox hücum edəcəyi gözlənilən idi. İkinci hissədə əvəzləmə edərək oyunu daha çox hücumda keçirdilər. Bununla belə, rəqibi çətin vəziyyətlərə saldıq. Bizə də yeni güc lazım oldu, dəyişikliklər etdik. Buraxılan qol epizodunda topun meydanı tərk etdiyi açıq-aşkar görünürdü. Əgər bu, qeydə alınsaydı, indi başqa şeydən danışardıq. Ümumi götürsək nəticəni qane hesab edirəm.
Heç vaxt futbolçularıma müdafiədə oynamağı tapşırmamışam. Daha çox topla oynamalarını, pres tətbiq etmələrini istəmişəm. Taktiki baxımından yaxşı oyun göstərdik. Daha da inkişaf etməliyik. Rəqib reytinq cədvəlində irəlidə olsa da, bu fərq komandaların oyununda hiss olunmurdu. Son dəqiqələrdə oyuna sonradan daxil olan Rüstəm zədəli oynayırdı, tam gücü ilə çıxış etmirdi. Demək olar ki, azlıqda oynayırdıq. Belə olmasaydı, rəqibin qapısında daha çox təhlükəli epizodlar yaradardıq".
saytlarin hazirlanmasi