Milli komandamız və “Minay”ın hücumçusu Rüstəm Əhmədzadə həm klubdakı, həm də millidəki oyunu ilə bir neçə klubun maraq dairəsinə düşüb.
Sportal.az saytının məlumatına görə, Azərbaycandan bir neçə klubun transfer siyahısında yer almış Əhmədzadə Avropada oynamaq fikrindədi. Belə ki, ötən tur "Şaxtyor"a qol vuraraq "Minay"ı məğlubiyyətdən xilas edən hücumçu Ukrayna çempionatında çıxış edən iddialıların diqqətini çəkə bilib.
Bununla yanaşı onun Polşadan da təkliflər var. Belə ki, "Visla"nın (Plok) maraq dairəsinə düşüb. Hazırda “Minay”ın əsas oyunçularından birinə çevrilən 20 yaşlı hücumçu “Aleksandriya”nın yetirməsi hesab edilir.