Müxtəlif mövqelərə futbolçu axtarışını davam etdirən “Neftçi”nin indi də argentinalı futbolçu ilə maraqlandığı bildirilir.
Sportal.az saytının məlumatına görə, “ağ-qaralar” son olaraq “Maritimo”da çıxış edən Xorxe İvan Korreanın xidmətində maraqlıdı.
“Velez Sarsfild” yetirməsi olan 28 yaşlı vinger bir ara “Defensor”da oynadıqdan sonra ardınca öz klubuna qayıdıb. 2018-ci ildən isə Portuqaliya klubunda çıxış edən argentinalının “Neftçi”yə keçə biləcəyi ehtimal edilir.
Məşhur "transfermarkt" Xorxeni "Maritimo" futbolçusu kimi göstərsə də, klub onu yeni mövsüm üçün Portuqaliya Futbol Federasiyasına sifariş etməyib.
1,70 sm boya malik futbolçu sol və sağ vinger kimi oynaya bilir. Bununla yanaşı o, yarımmüdafiənin mərkəzində də oynamağı bacarır.