Premyer Liqa böyük fərqlə lider oldu

18:18 - 5 Sentyabr 2021

Avropanın top-5 liqasında transferlərə ən çox pul xərcləyən İngiltərə klubları olublar.

 

Sportal.az xəbər verir ki, ada klubları bu yay 1,3 milyard avro xərcləyiblər. İtaliya A Seriyası 549 milyon avro ilə 2-ci, Almaniya Bundesliqası 416 milyon avro ilə 3-cü, Fransa I Liqası isə 384 milyon avro ilə 4-cü olub. Klubları maliyyə problemləri yaşadığı üçün İspaniya La Liqası 293 milyon avro xərclənmə ilə 5-ci ola bilib.

 

Müqayisə üçün bildirək ki, İngiltərə Premyer Liqasına bu mövsüm vəsiqə qazanan "Norviç Siti", "Brentford" və "Uotford" klubları transferlərə ümumilikdə 123 milyon avro xərcləyiblər. İspaniyanın 3 nəhəngi - "Real", "Atletiko" və "Barselona" isə bu yay yeni oyunçuların cəlb edilməsi üçün cəmi 110 milyon avrolarından keçiblər.

 

Top-5-də ən bahalı transferi "Çelsi" reallaşdırıb. London klubu "İnter"dən Romelu Lukakunu 115 milyon avroya rənglərinə bağlayıb.

Xəbər xətti