Kökçü oynadı, komandası uduzdu

10:33 - 6 Sentyabr 2021

Niderlan birinci divizionunda 5-ci turun oyunları keçirilib. 


Sportal.az xəbər verir ki, U-21 yığmamızın sabiq üzvü Ozancan Kökçünün formasını geyindiyi "Telstar" "Maastrixt"in qonağı olub. 

Matç ev sahiblərinin 3:0 hesablı qələbəsilə başa çatıb. Kökçü hesab 2:0 olarkən 38-ci dəqiqədə meydana daxil olub. Hazırda "Telstar" 2 xalla turnir cədvəlinin 20-ci pilləsində qərarlaşıb.

Xəbər xətti