"Portuqaliya ilə oyunda da xal haqda düşünmək olar"

15:14 - 6 Sentyabr 2021

“Azərbaycan millisinin Lüksemburq və İrlandiyaya qarşı oyunlarını izlədim. İrlandiya ilə matçda milli ilk yarı yaxşı futbol oynadı. Elə bunun da məntiqi nəticəsində fasiləyə qalib yollandı. Ancaq təəssüf ki, qalib gələ bilmədi”.

Bunu Sportal.az saytına açıqlamasında millimizin sabiq üzvü Aleksandr Çertoqanov deyib.

O, Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirdiyi oyunlar haqda danışarkən yığmamızın sabah Portuqaliya qarşı keçirəcəyi matç haqda da fikirlərini deyib. Çertoqanovun fikrincə, yığmamız bu oyunda da uğur əldə edə bilər:

"Təbii ki, Portualiya daha güclüdü. Onlar nə Lüksemburqdu, nə də İrlandiya. Amma istənilən komandadan xal almaq olar. Yığma İrlandiyadan xal alıb deyə, indi daha çox motivasiyalı, inamlıdı. Kriştiano Ronaldo da Bakıda olmayacaq. Bu mənada Azərbaycan daha inamlı oynayıb, xal haqda düşünə bilər. Hər halda oyundan çox şey asılı olacaq".

Xəbər xətti