"Səbail" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi Nikolas Rayseli rənglərinə bağlayıb. Bu barədə "dənizçilər"in rəsmi saytı məlumat yayıb. Sloveniyalı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Nikolas Rayselin son klubu "Qəbələ" olub. 28 yaşlı vinger ötən mövsüm əyalət təmsilçisinin heyətində meydana çıxdığı 29 oyunda 3 qol və 7 asistlə yadda qalıb.
"Səbail"in Rayseli transfer etməsi haqda Sportal.az saytı özəl məlumat vermişdi.
saytlarin hazirlanmasi