Qvineyada hərbi çevriliş zamanı milli komandanın Mərakeşlə oyunundan öncə əsir götürüldüyü iddia edilən Nəbi Keyta ilə bağlı "Liverpul"dan açıqlama gəlib.
Sportal.az xəbər verir ki, "qırmızılar" 26 yaşlı futbolçunu İngiltərə qaytarmağa çalışdırqlarını açıqlayıb:
"Milli komanda rəsmiləri və futbolçunun özü ilə əlaqədəyik. Keytanın təhlükəsiz yerdə oluğunu bilirik. Onu İngiltərəyə qaytarmağa çalışırıq".
Qvineyada hərbi çevriliş Mərakeşlə oyundan əvvəl baş verib. Matçdan öncə stadion ətrafında silah səsləri eşdilib və qarşılaşma təxirə salınıb. PSJ-nin mərakeşli müdafiəçisi Əşrəf Hakimi "Gərgin gündür, amma təhlükəsiz yerdəyik" tvitini paylaşıb.
saytlarin hazirlanmasi