Bu gün Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində növbəti oyuna çıxacaq.
Sportal.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi komanda 5-ci tur çərçivəsində Portuqaliyanı qəbul edəcək.
Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo cəzalı durumda olduğundan görüşdə iştirak etməyəcək. Yığmamızdan isə kapitan Maksim Medvedev və Rüstəm Əhmədzadə zədəli, Anton Krivotsyuk isə cəzalı durumda olduğuna görə Portuqaliya önünə çıxa bilməyəcək.
Azərbaycan millisi səfər matçında Portuqaliyaya 0:1 hesabı ilə uduzub.
7 sentyabr
DÇ-2022-nin seçmə mərhələsi
6-cı tur
A qrupu
20:00. Azərbaycan - Portuqaliya - 0:3
Qol: Bernardu Silva, 26, Andre Silva, 31, Dioqu Jota, 75
Baş hakim: Marko Quida (İtaliya)
Bakı Olimpiya Stadionu