"Omar APOEL-də yüksək məvacib alırdı, ancaq özünü göstərə biləcəyinə inandı və maddi şərtləri ön planda tutmadı" - MÜSAHİBƏ

11:45 - 7 Sentyabr 2021

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Sportal.az saytına müsahibə verib:

- Milli oyunlarına görə çempionatda fasilədi. Millinin Lüksemburq məğlubiyyətindən sonra İrlandiya ilə heç-heçə edəcəyini gözləyirdiniz? İrlandiya matçı sizdə necə təəssürüt yaratdı?
- Azərbaycan millisi azarkeşi olduğumuz komandadı. Ən güclü rəqibə qarşı belə daxilimizdə qələbəyə ümid olur. Millinin oyunlarına heç də həmişə mütəxəssis kimi yanaşmaq olmur. Hər bir halda qələbə istəyirik. İrlandiya ilə nəticəni yaxşı hesab etmək olar. Kaş ki, Lüksemburqda aktivimizə heç olmasa 1 xal yazardıq.

- "Qəbələ"dən heç kimin millinin yekun siyahısına dəvət edilməməsini necə dəyərləndirirsiniz? Bəzən məşqçilər futbolçuların milliyə gedib-gəlməsinə görə də yorğun olmasından gileylənir. Bu mənada, milliyə futbolçularınızın getməsi yaxşıdı, yoxsa pis?
- Milli gemtək hrə bir futbolçu üçün futbolçu göndərmək məşqçi, klub üçün şərəfdi. Müzakirə belə etmək düzgün deyil. Çox istəyərdim ki, növbəti matçlarda oyunçularımız yığmaya dəvət edilsin.

- Komandada bir neçə futbolçu koronavirusa tutulmuşdu. Hazırda aktiv koronavirus xəstəsi var komandada? Necə oldu birdən-birə komandada bir neçə nəfər yoluxdu koronavirusa yoluxdu?
- Koronavirusa yoluxmanın artdığı dönəmdə futbolçularda da olması normaldı. Təbii ki, kollektivdə də bu barədə danışırıq. Ancaq yoluxmanın güclü olması qabiliyyətini nəzərə alaraq, gözləniləndir. Hazırda Rüfət Əhmədovdan başqa, virus daşıyıcısı yoxdu.

- Rüfət Əhmədovun dizində problem olduğuna görə uzun müddətə oynamamaq təhlükəsi var. Onun vəziyyəti necədi və əgər uzun müddətə sıradan çıxsa, onun mövqeyi üçün alternativ fikirləşmisiniz?
- Bəli, təəssüf ki, uzun müddət oynamamaq ehtimalı var. Alman həkimlər də deyir ki, əməliyyat olunmalıdı. Kim özünü daha yaxşı göstərəcəksə, həmin futbolçu üçün şans yaranacaq.

- Son olaraq komandaya Omar Hani transfer edildi. Ondan gözləntiniz nədir? Maraqlıdı, necə alındı ki, APOEL-dən futbolçu gətirə bildiz, razı saldız?
- Omar Hanini uzun müddətdir ki, izləyirdik. Bəyəndiyimiz futbolçudu. Uzun danışıqlardan sonra ortaq məxrəcə gəldik. Düzdü, APOEL-də yüksək məvacib alırdı. Amma o da komandamızda özünü tam göstərə biləcəyinə inandı. Bu səbəbdən də maddi şərtləri ön planda tutmadı. Ümid edirəm ki, gözləntiləri doğruldacaq.

- Bundan sonra yenə də transfer olacaq? Ehtiyac var sizcə, yoxsa büdcə imkan vermir ki, transfer edəsiz? 
- Hər şeydən əvvəl istədiyimiz futbolçu olmalıdı. Say artırmaqdansa, akademiyanın üzvlərinə şans verərik. Daimi axtarışdayıq. Əgər istədiyimiz futbolçu olarsa, transfer etməyə çalışırıq.

- Hazırda komandanın 4 xalı var. "Qəbələ" üçün bu mövsümü avrokuboklara oynamaq, vəsiqə qazanmaq mümkündü?
- İlk 2 turdakı nəticələrə görə avrokubok haqda danışmaq olmaz. Qarşıda uzun marafon var. Əsas odur ki, daim inkişaf edək. Yalnız o zaman istədiyimiz nəticə gələcək.

Xəbər xətti