Müdafiəçi Kristian Romero və yarımmüdafiəçi Covanni Lo Çelso Argentina milli komandasının düşərgəsini tərk edib.
Sportal.az xəbər verir ki, bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb. Hər iki oyunçu yığmadan ayrılaraq çıxış etdikləri “Tottenhem” klubuna qayıdıblar.
İngiltərə mətbuatının yaydığı məlumata görə, "Tottenhem" icazə almadan milli komandanın düşərgəsinə gedən hər iki futbolçuya cəza verəcək.
Qeyd edək ki, DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində baş tutan Braziliya - Argentina qarşılaşması qonaqların 4 futbolçusunun (Emiliano Martines, Emiliano Buendiya, Covani Lo Çelso və Serxio Romero) karantin qaydalarına riayət etməməsinə görə yaranan qalmaqaldan sonra yarımçıq dayandırılıb.
saytlarin hazirlanmasi