De Byazi: "Fikrimi söyüşlə ifadə etmək istərdim"

22:54 - 7 Sentyabr 2021

DÇ-2020-nin seçmə mərhələsində keçirilən Azərbaycan – Portuqaliya matçından sonra yığmamızın baş məşqçisi Canni De Byazi mətbuat konfransında iştirak edib.

 

Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

 

- Gəlişinizdən sonra azarkeşlər qarşısında ilk ev oyununuzda nəticə uğursuz oldu. Sizə nə qədər vaxt lazımdı ki, azarkeşlərin üzü gülsün?
- Dünən demişdim ki, asan olmayacaq. Güclü rəqibə qarşı oynayırdıq. Portuqaliya bizdən fərqli olaraq yoldaşlıq oyunu keçirmişdi, heyətdə dəyişikliklər etmişdilər, daha çox gücləri qalmışdı. İki komanda arasında texniki fərq öz sözünü dedi.

 

- Sual fərqli idi...
- Gəlin, İrlandiya və Serbiya ilə oktyabrdakı oyunları gözləyək. Bəzi futbolçuarımız cəza və zədə üzündən oynamırdı. Bu da bizə əlavə çətinlik yaradırdı. Mövsümün əvvəlidi, bəzi futbolçular fiziki cəhətdən ən yaxşı formada deyil. İrlandiyaya qarşı da ilk hissədəda yaxşı oynamış, fasilədən sonra müdafiə olunmağa məcbur qalmışdıq.

 

- Sizə Azərbaycan yığması ilə irəliləyişə nail olmağınız üçün nə qədər zaman lazımdı?
- Problem mənə nə qədər vaxt lazım olduğu deyil. Reytinq baxmından qrupun 5-cisiyik. İlk növbədə 5-cilikdən yuxarı qalxmalıyıq. Hər şeyi bir gündə dəyişmək olmaz. Mən sehrbaz deyiləm. Əlimizdə olan futbolçular bunlardı. Zədəlilərimiz, cəzalılarımız var.

 

- Azərbaycan Premyer Liqası digər çempionatlarla müqayisədə fasiləyə bir həftə tez getdi. Bu müddətdə xeyirli bir şey etmək mümkün oldumu?
- Bunu mən xahiş etmişdim. Futbolçuların fiziki durumlarına fikir vermək istəyirdim. Bu gün texniki və fiziki fərqləri gördüz. Ən əsası rəqib futbolçular topla çox rahat davranırdılar, qorxmadan mübarizə aparırdılar. Əlimizdən gələni etmək istədik. Ancaq sözün açığı, yaxşı oynaya bilmədik. Xüsusilə ilk hissədə topla davranmaqda çətinlik çəkirdik. Onu da nəzrə almalıyıq ki, 7 gündə 3-cü oyunumuz idi. Bunun da təsiri oldu.

 

- Namiq Ələsgərov və Mahir Emrelinin oyunu barədə nə deyə bilərsiz?
- Namiqdən razı qaldım. Əlindən gələni etdi, ürəyini meydanda qoydu Mahirdən daha çox şey gözləyirəm. Ümid edirəm ki, oyununu yaxşılaşdıracaq. Topu rahat qəbul etməli, hücuma tez keçməlidi.

 

- Müqavilənizin müddəti seçmə mərhələnin sonuna qədərdi. Mətbuat böyük ehtimalla Azərbaycan yığmasını tərk edəcəyinizi yazır. O da qeyd olunur ki, Albaniyada gördüyünüz xoşbəxtliyə burda nail ola bilmədiz...
- Adətən daha real şeylərdən danışmağı sevirəm. Son iki ayda bir çox milli ilə adım hallanıb. Bəli, müqaviləm tsiklin sonunda başa çatır. Federasiya ilə danışacağıq. Ondan sonra qərar veriləcək. Burda yaxşı hiss etmədiyim barədə danışmamışam. Hər şey ürəyimcədi. Hara gəldiyimi bilirdim. Evi tikəndə aşağıdan başlayırsan, damdan yox.

 

- İlk oyunla müqayisədə Portuqaliyanın daha asan qələbə qazanmasının səbəbi nə idi?
- Onlar bizdən daha hazırlıqlı idilər. İlk matçda rəqibə daha çox çətinlik yaratdıq. Oyunçu keyfiyyəti çox şeyi həll edir.

 

- Lüksemburqla oyundan sonra çox müzakirə olunurdu ki, heyəti müəyyənləşdirməyinizə kənardan müdaxilələr olur...
- Çox gözəl, çox xoşuma gəldi. Özüm belə şeylərə baxmıram. Sizə də məsləhət görürəm ki, vaxtınızı sosial şəbəkələrə sərf etməyəsiz. Əmin olun ki, heç bir yerdə mənə heç kim deyə bilməz ki, onu oynat, bunu oynat. Öz idealarım var, onları həyata keçirirəm. Fikrimi söyüşlə ifadə etmək istərdim, ancaq qalsın.

Xəbər xətti