“Barselona”nın müdafiəçisi Jerar Pike karyerasını başa vurmaq haqda düşünür.
Sportal.az xəbər verir ki, təcrübəli müdafiəçi mövsüm sonunda futbolçu karyerası ilə vidalaşacaq. Pike məsələ haqda bu cür danışıb:
“Karyeramı “Barselona” oyunçusu kimi başa vuracam və heç yerə də getməyəcəm. Nə vaxt? Bu mövsüm mənim üçün sonuncu ola bilər. Növbəti mövsüm oynayacağımı deyə bilmərəm. Xeyir verə bilməyəcəyimi görən kimi daha oynamayacam”.
