"Arsenal" yarımmüdafiəçisi Məhəmməd Elnennini "Qalatasaray"a buraxmayıb.
Sportal.az xəbər verir ki, London təmsilçisi "sarı-qırmızılar"ın icarə təklifini geri çevirib. Komandanın baş məşqçisi Mikel Arteta Misir millisinin üzvünü bu mövsüm planlarında gördüyü üçün belə qərar verilib.
29 yaşlı yarımmüdafiəçi 2016-cı ildə "Bazel"dən "Arsenal"a 12,5 milyon avroya keçib. Elnenni 2019/2020 mövsümünü icarə əsasında "Beşiktaş"da keçirmişdi.
saytlarin hazirlanmasi