Ölkəmizdə çıxış etmiş Portuqaliya yığmasının keçmiş üzvü: "Portuqaliya Bakıda çox qaçdı, əsl mübarizə apardı"

15:25 - 8 Sentyabr 2021

"Portuqaliyanın Azərbaycana qarşı oyununu izlədim. İlk dəqiqələrdən Portuqaliya yaxşı oynadı və layiqli qələbəsini qazandı".

Bu sözləri Sportal.az saytına açıqlamasında Portuqaliyanın U-21 yığmasının sabiq üzvü, “Xəzər Lənkəran”ın keçmiş forvardı Antonio Semedo deyib.

Vaxtilə Azərbaycanda legioner həyatı yaşamış Semedo DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycanın Portuqaliyaya qarşı keçirdiyi görüş barədə danışıb. Semedonun fikrincə, Portuqaliya Ronaldosuz da uğurlu çıxış edə bilir:

“Təbii ki, Ronaldo dünyanın ən güclü futbolçusudu. Amma Portuqaliya millisi onsuz da uğurlu çıxış edə bilir. Çünki millidə yaxşı oyunçular çoxdu. Bakıdakı matçda da Portuqaliya çox qaçdı və əsl mübarizə apardı. Buna görə də Bakıda layiqli qələbə qazandılar”.

Futbolçu karyerasını başa vurmuş Semedo “Kasa Pia”, “Estrela Amadora”, “ÇFR Kluj”, “Styaua”, “Unireya” və “Alki”də oynadıqdan sonra 2011-ci ildə “Xəzər Lənkəran”a keçmişdi. Onun karyerasındakı son klub məhz Cənub təmsilçisi olmuşdu.

Xəbər xətti