“Mançester Yunayted”in vingeri Cessi Linqard klubla yeni müqavilə imzalamaqdan imtina edib.
Sportal.az xəbər verir ki, 28 yaşlı futbolçu əsas heyətdə oynamaq zəmanəti verildikdən sonra klubla yeni müqavilə imzalayacağını bildirib.
Linqardın “qırmızı şeytanlar”la müqaviləsi mövsüm sonunda başa çatacaq. Ötən mövsümün ikinci yarısı isə futbolçu icarə əsasında “Vest Hem”də çıxış edib.
İngiltərə milli komandasının üzvü olan 28 yaşlı futbolçu “Mançester Yunayted” yetirməsidi. O, karyerası ərzində “Lester”, “Birmingem”, “Brayton”, “Derbi” klublarında icarə əsasında çıxış edib.
