"Sabah"ın "Krasnodar" akademiyasının yetirməsi olan Ruslan Pidlisnyakı transfer etmək istəməsi haqda xəbər vermişdik.
Sportal.az saytına açıqlama verən gənc hücumçu Masazır təmsilçisinə mümkün keçidi barədə danışıb.
Forvard yaxın günlərdə Azərbaycana gələrək “Sabah”la müqavilə imzalayacağını etiraf edib:
“Bəli, “Sabah”dan təklif almışam. Əslində menecer vasitəsilə baş verdi. Artıq nə zaman “Sabah”da oynayacağımı səbirsizliklə gözləyirəm. Rusiyanın bir neçə klubundan təklif almışdım. Amma yaxın vaxtlarda Bakıya gələcəm”.
Pidlisnyak Azərbaycan yığmasında oynamaq haqda düşünməyə başladığını bildirib: “Əslində indidən Azərbaycan millisi haqda düşünməyə başlamışam. Özümü beynəlxalq arenada da göstərmək niyyətindəyəm. Yəqin ki, klubda öncə Rusiya pasportu ilə oynayacam. Amma əslən azərbaycanlıyam, yerli pasportu almaq da mümkündü".