Azərbaycan milli komandasının DÇ-2022-nin seçmə mərhələsində 5 oyuna 1 xal toplaması tənqidlərə səbəb olub. Duruma şərh verən milli komandanın italyan baş məşqçisi De Byazi Azərbaycanın digər qrup rəqiblərinin hamısından reytinq sıralamasında aşağı olduğunu və bir növ millimizin qrup sonuncu olmasını məntiqə uyğunluq kimi qələmə verib.
Sportal.az xəbər verir ki, hər həftənin bazar ertəsi efirə gedən “Futbolumuz” verilişində De Byazinin bu fikirləri müzakirə edilib. Verilişin eksperti Emin Abbasovun tək De Byazi yox, bura gələn əcnəbilərin Azərbaycana gələndə başqa cür, sonrada tam ayrı cür danışdığını qeyd edib.
saytlarin hazirlanmasi