“İnter”in yarımmüdafiəçisi Kristian Eriksen oktyabrda məşqlərə qayıda bilər.
Sportal.az xəbər verir ki, Avropa çempionatının Finlandiya ilə oyunu zamanı ürəktutmasından yerə yıxılan və həyati təhlükə yaşayan futbolçu öncə Odensedə danimarkalı kardioloq tərəfindən müayinə olunacaq.
Əgər danimarkalı həkimin qərarı müsbət olarsa, Eriksen onun bədəninə nəql edilən defibrilyatorla məşqlərə başlayacaq.
