"Neftçi"nin Xorxe İvan Korreanı heyətinə qatmaq istəməsi haqda ilk dəfə olaraq oxuculara xəbər vermişdik.
Sportal.az saytının məlumatına görə, "ağ-qaralar" argentinalı ilə ortaq məxrəcə gəlib.
"Velez Sarsfild"in sabiq futbolçusu "Neftçi"də oynamağa razılıq verib. Amma o, Bakıda öncə tibbi baxışdan keçəcək. Əgər hər şey qaydasında olarsa, 28 yaşlı vingerlə rəsmi müqavilə imzalanılacaq.
Əslində isə Korrea "Maritimo"dan ayrıldıqdan sonra Türkiyə Superliqasında yarışan "Girəsunspor"a keçməliymiş. Di gəl ki, zədəli olması onun Girəsun təmsilçisinə keçidinə mane olub. Futbolçununu meneceri "Girəsunspor"a Korreanın ailə problemi olmasını bəhanə gətirərək futbolçusunun bazaya getməsini istəməyib. Amma türk klubu israr edincə, Korrea çəliklə bazaya yollanıb. Bunu görən Türkiyə klubunun rəsmiləri transferdən dərhal imtina edib.
Türk klubu isə Korreanın keçidi baş tutmayınca Rusiya yığmasının üzvü Maqomed-Şapi Süleymanovu "Krasndodar"dan icarəyə götürüb.
Hazırda isə futbolçu zədəsini müalicə etdirib və və tam sağalıb. Argentinalı futbolçu şəxsi instaqram hesabında da fərdi məşqlərindən videolar paylaşaraq zədəli olmadığını bir növ nümayiş etdirib.