Azərbaycan millisinin sabiq müdafiəçisi Ufuk Budak özünə yeni komanda tapıb.
Sportal.az xəbər verir ki, bir müddət əvvəl “Bursaspor”la anlaşan Budak oradan ayrılaraq “Ərzurumspor”a keçib.
Millimizin forvardı Namik Ələsgərovla birlikdə ictimaiyyətə təqdim edilmiş Budak Ərzurum təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.
