İrlandiya millisinin üzvü: "Növbəti turda Azərbaycana qalib gəlməliyik"

15:10 - 9 Sentyabr 2021

İrlandiya millisinin futbolçusu Ceff Hendrik DÇ-2022-nin seçmə mərhələsinin 5-ci turu çərçivəsində Dublində Serbiya ilə 1:1 oynadıqları matçdan sonra yerli mətbuata danışıb.

Sportal.az xəbər verir ki, o, növbəti turda Bakıda Azərbaycana qarşı keçirəcəkləri oyundan söz açıb:

"Serbiyaya qarşı yaxşı futbol oynadıq. Bunu daha da inkişaf etdirib, daha yaxşı səviyyəyə çata bilərik. Növbəti turda Azərbaycana qarşı oynayacağıq.

​Səfərdəki görüşdə yaxşı nəticə qazanmalıyıq. Elə oynamalıyıq ki, qalib gələk. Əslində bu baş verə biləcək məsələdi.  Bunu həyata keçirməliyik”.

Xəbər xətti